Movsar Evloyevin məşqçisi İlez Xaşagulqov UFC 333-də Aleksandr Volkanovskiyə qarşı keçiriləcək titul döyüşü öncəsi idmançının hazırlığı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, bildirib ki, Evloyevin ən güclü fəndləri arasında "kimura", "əl üçbucağı" və bir sirr olaraq saxladıqları boğma fəndi var.
Məşqçi Evloyevin titul döyüşündə əsas diqqəti məhz "kimura" fəndinə yönəldəcəyini vurğulayıb. "Onun üç əsas fəndi var: əl üçbucağı, kimura və bir boğma fəndi. Sonuncunu açıqlamaq istəmirəm, çünki ən çox üzərində işlədiyimiz məhz odur. Düşünürəm ki, bu döyüşdə onu tətbiq etməyə çalışacaq", – deyə Xaşagulqov qeyd edib. Qeyd edək ki, Volkanovski ilə Evloyev arasında qarşılaşma 24 oktyabrda UFC 333-də baş tutacaq.


