"Borussiya"nın (Dortmund) qapıçısı Qreqor Kobel UEFA Çempionlar Liqasının qrup mərhələsində "Sabah" üzərində qazanılan 2:1 hesablı qələbədən sonra matç haqqında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, isveçrəli qolkiper komandasının qələbəni daha tez təmin edə biləcəyini vurğulayıb:

"Sonda matç lazımsız yerə gərgin alındı. Oyunu daha rahat idarə etmək üçün ilk dəqiqələrdə 1-2 qol vurmalı idik. Son həftələrlə müqayisədə çoxlu qol imkanları yaratdıq, bu çox müsbət məqamdır. Lakin təəssüf ki, oyunu daha tez bitirə və sakitliyi təmin edə bilmədik".