UFC-nin ağır çəki döyüşçüləri Siril Qan və Coş Xokit arasında keçiriləcək qarşılaşma öncəsi fransalı idmançının məşqçisi Fernand Lopes rəqib barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Lopes Xokitin qeyri-adi bacarıqlara malik olduğunu bildirib. "Xokit sadəcə irəli gedib zərbələr endirən növbəti ağır çəki döyüşçüsü deyil. O, xüsusi bir idmançıdır. Velaskesi çıxmaq şərtilə, uzun müddətdir həm güləşdə, həm də ayaqüstü döyüşdə bu qədər bacarıqlı idmançı görməmişik. Xokit yalnız güləşə güvənmir, həm nokaut edə, həm də tabe etmə ilə qalib gələ bilər. O, UFC-də yerini tam haqq edib və Siril üçün ciddi sınaq olacaq. Qan adətən məsafəni qoruyur, amma Xokit bu məsafəni qısaldır, təzyiq göstərir, zərbələr endirir, hücum səviyyəsini dəyişir və ayaqdan tutma keçidlərinə keçir. O, bu tempdə uzun müddət döyüşə bilir. Bleydsə qarşı döyüşdə ağır çəki üzrə zərbə sayında rekord qırması onun nə qədər güclü olduğunu göstərir", – deyə Lopes vurğulayıb.
Qan və Xokit arasındakı döyüş 15 noyabrda Nyu-Yorkda baş tutacaq.


