UFC çempionu Aleks Volkanovski Castin Geyciyə vida xarakterli döyüş keçirməyi təklif edib. O bildirib ki, hər iki idmançı kəmərlərini azad edib, karyeralarını eyni vaxtda başa vura bilərlər.
Offsideplus.az xəbər verir ki, Volkanovski bu barədə belə deyib: "Geyci hələ də nə istədiyini tam bilmir. Amma əgər o, daha bir döyüş keçirmək istəsə, bunu onunla birlikdə edə bilərəm. Gəlin superdöyüş təşkil edək, sonra kəmərləri azad edək və karyeramıza son qoyaq. Divizionlar öz işləri ilə məşğul olar, biz isə nağıl kimi vida döyüşü keçirərik və uzaqlaşarıq. Həmişə demişəm ki, divizionu ləngitmək istəmirəm. Amma mən çempion olduğum müddətdə hər şey dayanır, çünki bir çox idmançı öz şansını gözləyir və kimin növbəti titul döyüşünə çıxacağı bəlli deyil. Əgər mən bu mənzərədən çıxarsam, bir çox yeni imkanlar yaranar. Məhz buna görə UFC belə ssenariyə qarşı çıxmaz. Biz superdöyüş keçirə, eyni zamanda digər qarşılaşmaların baş tutmasına şərait yarada bilərik".
Qeyd edək ki, 24 oktyabrda Volkanovski Mavsar Evloyevə qarşı kəmərini müdafiə edəcək. O, bu döyüşdən sonra karyerasını davam etdirməyi planlaşdırır və nə tamamilə ayrılmaq, nə də daha 10 döyüş keçirmək niyyətindədir.


