"Barselona"nın prezidenti Joan Laporta klubun son illərdə daxili arenadakı nailiyyətləri barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Laporta komandanın uğurlarını zəhmət, məsuliyyət və intizamla əlaqələndirib. O bildirib ki, məhz bu keyfiyyətlər sayəsində "Barselona" son dörd ildə üç dəfə La Liqada çempion olub. Klub rəhbəri bu mövsümün əsas məqsədinin yenidən La Liqanı qazanmaq və İspaniya futbolunda üstünlüyü davam etdirmək olduğunu vurğulayıb. Laporta əlavə edib ki, "Barselona" Avropa arenasında da dominantlıq etmək istəyir və bu il əsas hədəf Çempionlar Liqasını qazanmaqdır. O, klubun akademiyasında formalaşan fəlsəfəyə sadiq qaldıqlarını və bunun hər şeyin əsası olduğunu qeyd edib.