PSJ-in baş məşqçisi Luis Enrike Çempionlar Liqasında "Barselona" ilə qarşılaşma öncəsi katalon klubunun cinah oyunçusu Lamin Yamalın çıxışını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Enrike Yamalın müdafiəsinə dair sualı belə cavablandırıb: "Yamala qarşı ən yaxşı müdafiə üsulu topa sahib olmaqdır. Bu, bizim üçün ideal ssenaridir, lakin hər şey fərqli ola bilər, çünki "Barselona"ya qarşı oynamağın nə qədər çətin olduğunu bilirik. Biz diqqətimizi və konsentrasiyamızı qoruyuruq. Bunu komanda kimi aşmalıyıq".
Yamalın Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirən Enrike deyib: "Lamin oyunundakı bütün elementləri təkmilləşdirir. Amma onu bütün dövrlərin ən yaxşı futbolçusu Messi ilə müqayisə etmək mənasızdır, bu heç kimə xeyir verməz. Yamal çox ağıllıdır, özünün ən yaxşı versiyası olmaq istəyir, lakin onu Messi ilə müqayisə etmək düzgün deyil".


