Azərbycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov "Sabah"ın UEFA Çempionlar Liqasında "Borussiya"ya (Dortmund) karşı keçirəcəyi oyun barədə fikirlərini bölüşüb.
Offsideplus.az-a açıqlama verən mütəxəssis "bayquşlar"ın öz oyunu ilə böyük hörmət qazandığını bildirib:
"Sabah" öz oyunu ilə bizi yaxşı nəticələrə öyrəşdirib, rəqib tanımırıq. Çempionumuz hər bir komanda ilə başabaş mübarizə aparmağa hazırdır. "Sabah"ın zəhməti ilə qazandığı böyük nüfuz var və azarkeşlər stadionda komandamızı sonadək dəstəkləyəcək. Həmişə deyirəm ki, "Sabah" ilk turda böyük hesabla uduzsa da, hamıya hər bir rəqiblə açıq futbol oynamağa hazır olduğu mesajını verdi. Güclü Çexiya çempionunu da məhz bu üslubda məğlub etdik. Sabah ümidimiz böyükdür, komandadan inamlı oyun və yaxşı nəticə gözləyirik".
V. Sadıqov rəqibin gücünə də diqqət yetirib:
"Almaniya klubu "Top-5" liqa təmsilçisidir. Hər zaman özünəməxsus oyun üslubları ilə seçiliblər. Onlara qarşı oynamaq o qədər də asan deyil. İlk iki tur da daxil olmaqla, meydana çox inamlı çıxıblar. Əminəm ki, rəqib də "Sabah"ı çox ciddi şəkildə təhlil edib".
Qeyd edək ki, "Sabah" – "Borussiya" oyunu oktyabrın 20-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


