“Turan Tovuz”un müdafiəçisi Denis Maradiçinin son durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, ötən tur “Şəfa” ilə oyunda zədələnən futbolçu əməliyyat olunmayacaq. Bu barədə klubun mətbuat katibi Süleyman Tağıyev saytımıza məlumat verib.
Onun sözlərinə görə, Maradiçi iki həftəlik bərpa prosesindən sonra komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Marandiçi iki illik zədədən iki həftə əvvəl qayıtmışdı.


