PSJ-nin baş məşqçisi Luis Enrike "Strasburq" üzərində 3:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, Enrike əvəzetmədən meydana daxil olan oyunçuların matçın taleyinə təsir etdiyini bildirib. O qeyd edib ki, Nunu Mendəşin zədəsi komandanı çətin vəziyyətdə qoysa da, əsas məqsəd olan üç xalı qazandıqları üçün məmnundurlar.
Ousman Dembelenin əvəzetmədən çıxışını dəyərləndirən Enrike deyib: "Ona dedim ki, əgər 25 dəqiqə oynayıb qol vurursansa və qol ötürməsi edirsənsə, daha çox oynamağa ehtiyac yoxdur. Bu kifayətdir". Baş məşqçi əlavə edib ki, Dembelenin penaltini dəqiq yerinə yetirə bilməməsi onu narahat edib, lakin komandanın penalti statistikasının da ürəkaçan olmadığını vurğulayıb. Bu mövsüm PSJ dörd penaltidən yalnız birini reallaşdırıb.
Enrike bildirib ki, Dembelenin "Barselona"da keçdiyi futbol məktəbi onun oyun düşüncəsinə böyük təsir göstərib: "O, artıq hər şeyi bilir. "Barselona"da hazırlıq keçmiş oyunçu mənim istədiyim futbola asanlıqla uyğunlaşır və meydanda nə zaman geniş oynamaq, nə zaman mərkəzə yönəlmək lazım olduğunu yaxşı anlayır. Belə təcrübəli futbolçuların olması komandada fərq yaradır".


