"Real Madrid"in baş məşqçisi Joze Mourinyo qış transfer pəncərəsində yeni futbolçu axtarışında olmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, Mourinyo hazırkı heyətdən tam razı olduğunu vurğulayıb və əlavə transfer istəmədiyini qeyd edib.
"Bizim ixtiyarımızda həmişə 23 futbolçu olur. Sabah Vinisius meydanda olmayacaq, amma Militao olacaq. Transferlərlə bağlı heç nə istəmirəm. Heyətimiz və oyunçularımız məni tam qane edir. Hesab edirəm ki, futbolçuların həm fərdi, həm də komanda baxımından inkişaf etməsi təbiidir. Xüsusilə işləmək üçün vaxtımız və rahatlığımız varsa, bu proses daha uğurlu olur. Məşqçinin əsas vəzifəsi oyunçularına inkişafda kömək etməkdir. Mən yeni futbolçu istəməyə ehtiyac duymuram. Kiçik heyətlər mənim xoşuma gəlir. Əgər kimsə gələrsə, kiminsə getməsi lazım olacaq. Əgər klub rəhbərliyi hansısa variantı nəzərdən keçirsə, biz onu müzakirə etməyə hazırıq. Amma təşəbbüs məndən gəlməyəcək", – Mourinyo bildirib.


