ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 Dünya Çempionatında sərbəst güləşçilər mübarizəni başa vurublar.

Offsideplus.az xəbər verir ki, yarışın son günündə xalçaya çıxan Azərbaycan təmsilçilərindən Elcan İsmayılzadə (79 kq) ikinci, Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə ilk görüşdə uduzaraq mübarizəni vaxtından əvvəl dayandırıblar.

Təsəlliverici görüşlərdə uğurla çıxış edən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc medal qazanıblar. Səbuhi Əmiraslanov (86 kq) isə üçüncü yer uğrunda matçda məğlub olub.

Bununla da millimiz U-23 Dünya Çempionatını ümumilikdə 5 medalla (2 gümüş, 3 bürünc) başa vurub. Yığmamızın heyətində Elmir Əliyev (60 kq) və Günay Qurbanova (59 kq) gümüş, Ruslan Nurullayev (77 kq), Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) isə bürünc meala sahib çıxıblar.