ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında sərbəst güləş üzrə 5 çəki dərəcəsində mübarizəyə start verilib.

Offsideplus.az xəbər verir ki, millimizin üzvlərindən Ceyhun Allahverdiyev (61 kq) və Ağanəzər Novruzov (74 kq) ilk görüşdəcə məğlub olaraq turnirlə vidalaşıblar.

Məğlubiyyətlə başlayan Səbuhi Əmiraslanov (86 kq) və Anar Cəfərli (92 kq) rəqiblərinin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərə vəsiqə qazanıblar. Əmiraslanov Tornike Samxaradze (Gürcüstan), Cəfərli isə Muşeğ Mkrtçyanla (Ermənistan) üz-üzə gələcək.

Yarımfinaladək inamla irəliləyən Xetaq Karsanov (125 kq) isə finalın bir addımlığında iranlı Abolfazl Necada uduzub (0:5). Güləşçimiz sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.