“Araz-Naxçıvan” Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Yiri Maksimov media önünə çıxıb:

“İlk hissə yaxşı oynadıq, qol vurduq. Daha sonra özgüvəni itirib, qol buraxdıq. Belə qollar buraxmaq olmaz. Futbolçularım hesabı saxlamaq istədi. Öz səhvlərindən qollar buraxıldı”.

Oyundan sonra rəhbərliklə müzakirələri barədə suala belə cavab verib:

“Komandadaxili mövzudur. Bu barədə danışa bilmərəm”.

O, komandasının potensialı haqqında da danışıb: 

“Hər halda davan etməliyik”.