ESPN-in versiyasına əsasən, bu mövsüm İngiltərə Premyer Liqasında ən yaxşı futbolçu Erlinq Holand seçilib.

Offsideplus.az xəbər verir ki, reytinq tərtib olunarkən oyunçunun istedad səviyyəsi, komandaya verdiyi fayda və mövqedəki orta səviyyəli futbolçulardan nə dərəcədə üstün olması nəzərə alınıb. Zədəli futbolçular siyahıya daxil edilməyib.

İlk onluqda aşağıdakı adlar yer alıb:

1. Erlinq Holand, "Mançester Siti"
2. Deklan Rays, "Arsenal"
3. Bukayo Saka, "Arsenal"
4. Rayan Şerki, "Mançester Siti"
5. Bruno Fernandes, "Mançester Yunayted"
6. Qabriel Maqalyayes, "Arsenal"
7. Jeremi Doku, "Mançester Siti"
8. Mark Qehi, "Mançester Siti"
9. Moyses Kaysedo, "Çelsi"
10. Martin Odeqor, "Arsenal"

"Liverpul"dan Dominik Soboslay isə 13-cü pillədə qərarlaşıb.