İngiltərəli yarımmüdafiəçi Cud Bellingem "Real Madrid" ilə müqaviləsini uzadacaq.
Offsideplus.az xəbər verir ki, Madrid klubu və 23 yaşlı futbolçu 2031-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə barədə razılığa gəliblər.
Məlumata görə, danışıqlar ötən mövsümün sonundan başlayıb.
Yeni müqavilənin şərtləri Bellingemin komandadakı roluna uyğun olaraq yaxşılaşdırılacaq.
Cari La Liqa mövsümündə Bellingem 8 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.


