Fransanın "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" (Ballon d'Or) mükafatının 2026-cı il üzrə sahibləri tezliklə məlum olacaq.
Offsideplus.az xəbər verir ki, "Kəpəz" klubunun daxilində bununla bağlı maraqlı sorğu keçirilib.
Baş məşqçi Azər Məmmədov və futbolçuların iştirak etdiyi səsvermə 3 nominasiya ("İlin ən yaxşı futbolçusu", "İlin ən yaxşı qapıçısı" və "İlin ən yaxşı məşqçisi") üzrə aparılıb.
Səsvermənin yekununda Gəncə təmsilçisinin seçimi "Barselona"nın hücumçusu Lamine Yamal, "Arsenal"ın çərçivə qoruyucusu David Raya və PSJ-nin baş məşqçisi Luis Enrike olub.
"Kəpəz" kollektivinin səsvermə nəticələri aşağıdakı kimi formalaşıb:
İlin ən yaxşı futbolçusu:
Lamin Yamal ("Barselona", İspaniya) – 11 səs
Lionel Messi ("İnter Mayami", Argentina) – 10 səs
Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan) – 3 səs
Kilian Mbappe ("Real Madrid", Fransa) – 2 səs
Maykl Olise ("Bavariya", Fransa) – 1 səs
İlin ən yaxşı qapıçısı:
David Raya ("Arsenal", İspaniya) – 9 səs
Unai Simon ("Atletik", İspaniya) – 7 səs
Emiliano Martines ("Çelsi", Argentina) – 4 səs
Tibo Kurtua ("Real Madrid", Belçika) – 3 səs
Xoan Qarsiya ("Barselona", İspaniya) – 2 səs
Vozinya ("Kolo-Kolo", Kabo-Verde) – 1 səs
Yassin Bunu ("Əl-Hilal", Mərakeş) – 1 səs
İlin ən yaxşı məşqçisi:
Luis Enrike (PSJ) – 19 səs
Mikel Arteta ("Arsenal") – 5 səs
Luis de la Fuente (İspaniya milli komandası) – 3 səs
Qeyd edək ki, "Qızıl top" mükafatına nominantlar 2025-ci il avqustun 3-dən 2026-cı il iyulun 19-na qədər olan göstəricilərə əsasən müəyyənləşdirilib. Qaliblər oktyabrın 26-da Londonda təşkil olunacaq təntənəli mərasimdə elan ediləcək.


