PSJ-in baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in səviyyəsinin komandasına avrokuboklarda üstünlük verməsi fikrinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Enrike bu barədə bunları deyib: "Bu, PSJ ətrafında yaranan tipik səs-küydür. Mən bura gəlməmişdən əvvəl də deyirdilər ki, klub çempionatın səviyyəsinə görə Çempionlar Liqasını qazana bilməyəcək. İndi isə deyirlər ki, qələbə məhz bunun sayəsində mümkün olub. Həmişə narazı qalanlar tapılacaq. Biz bütün oyunlarda qalib gəlməyə çalışırıq".


