Madrid "Real Madrid"inin hücumçusu Vinisius Juniorun cəzası qüvvədə saxlanılıb.

Offsideplus.az xəbər verir ki, futbolçu "Vilyarreal"la oyunda Natan Salibanın saçını dartdığı üçün La Liqada 4 oyunluq diskvalifikasiya alıb. Onun 2 oyundan kənarlaşdırılması qayda pozuntusuna, digər 2 oyun isə hakimlə mübahisəyə görə verilib.

"Real Madrid" bu qərardan apellyasiya şikayəti versə də, İspaniya Futbol Federasiyasının apellyasiya komitəsi müraciəti rədd edib. Klub indi İdman Məsələləri üzrə İdarəetmə Məhkəməsinə müraciət etməyi planlaşdırır.

Əgər Vinisius Juniorun cəzası qüvvədə qalsa, o, "Sevilya", "Barselona", "Rasinq" və "Valensiya" ilə oyunları buraxacaq.