Kollin Sekston zədə səbəbindən "Los Anceles Leykers"in bütün hazırlıq oyunlarını buraxıb. Onun "Denver Nuggest"lə son yoxlama qarşılaşmasında iştirakı hələ dəqiqləşməyib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Cey Cey Redik Sekstonun bərpa prosesinin plana uyğun getdiyini və mövsümün ilk rəsmi oyununda meydana çıxacağını bildirib. "Leykers" 21 oktyabrda "Qolden Steyt Uorriors"la qarşılaşacaq. Qeyd edək ki, ötən mövsüm Sekston 68 oyunda orta hesabla 15,4 xal və 3,3 assistlə yadda qalıb.