Mikel Arteta "Arsenal" klubunda planlaşdırılan ixtisarlarla bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı baş məşqçi klubda 60 nəfərin işdən çıxarılması barədə qərarın səbəbləri haqqında məlumat aldığını bildirib. Arteta qeyd edib ki, bu addım klubun davamlı inkişafı və daha yaxşı nəticələr əldə etməsi üçün atılır.

"Bu qərarın səbəbləri və klub daxilində aparılan analiz barədə mənə izahat verilib. Məqsədimiz daim inkişaf etmək və daha güclü olmaqdır. Hər kəsin öz yerində olması və məqsədlərimizə çatmaq üçün investisiyaların davam etdirilməsi vacibdir. Mənə hər şey izah olunub. Aydındır ki, bu suala cavab verməli olan şəxs mən deyiləm. Ümid edirəm, hər kəs bunu anlayacaq", – deyə Arteta vurğulayıb.

Qeyd edək ki, yeni müqaviləyə əsasən, Mikel Arteta ildə 25 milyon funt sterlinq məvacib alacaq və bu göstərici Premyer Liqada ən yüksək göstəricidir.