Bu gün növbəti Azərbaycan derbisi baş tutacaq.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"ni qəbul edəcək.

Hər iki komandanın aktivində 16 xal var. Lakin Ağdam təmsilçisi rəqibindən 1 oyun az keçirib.

Derbi saat 19:00-da başlayacaq. Görüşün baş hakimi Kamal Umudlu olacaq.

MPL, VIII tur

17 oktyabr (şənbə)

19:00 “Qarabağ” – “Neftçi”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev

VAR: Əli Əliyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Erkin Hüsyenov

Tofiq Bəhramov adına Respublika Stadionu