"Real Madrid"in hücumçusu Kilian Mbappe klub karyerası ərzində bütün turnirlərdə 500-cü məhsuldar töhfəsinə (qol + məhsuldar ötürmə) imza atıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı fransalı hücumçu bu yubiley göstəricisinə UEFA Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda "Roma"ya 4:3 hesabı ilə qalib gəldikləri matçda imza atıb.

"Opta" statistika portalının yaydığı məlumata görə, fransalı ulduz "Monako", PSJ və "Real Madrid"də ümumilikdə 378 qol vurub və 122 məhsuldar ötürmə müəllifi olub.

Mbappe cari mövsümdə keçirdiyi 11 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Madrid təmsilçisi növbəti oyununu oktyabrın 18-də İspaniya çempionatında "Sevilya"ya karşı keçirəcək.