Misli Premyer Liqasında VIII turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, son çempion "Sabah" bu gün "Qəbələ"nin qonağı olacaq.
Qarşılaşma saat 16:00-da start götürəcək.
"Sabah" 16 xalla 2-ci, "Qəbələ" isə 4 xalla 10-cu yerin sahibidir.
Qeyd edək ki, "Sabah"ın ehtiyatda bir oyunu var.
MPL, VIII tur
17 oktyabr (şənbə)
16:00 “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu


