"Liverpul" "Aston Villa"nın yarımmüdafiəçisi Yohan Manzambini hədəfə alıb.

Offsideplus.az xəbər verir ki, "The Sun" nəşrinin yaydığı məlumata görə, mersisaydlılar 20 yaşlı isveçrəli futbolçunu mövsüm boyunca izləmək və 2027-ci ilin yayında heyətinə qatmaq niyyətindədir.

"Qırmızılar" onu "Real Madrid"in diqqət mərkəzində olan Aleksis Mak Allisterin potensial əvəzləyicisi kimi görür.

Ötən yay "Aston Villa"ya transfer olunan Manzambinin Birmingem təmsilçisi ilə müqaviləsi 2031-ci ilin yayına kimidir. İsveçrəli yarımmüdafiəçi bu mövsüm keçirdiyi 5 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalına görə onun transfer dəyəri 65 milyon avro təşkil edir.