UFC-nin yüngül çəkidə titul iddiaçısı Mərab Dvalişvili Petr Yan üzərində qələbə qazanacağı halda ilk titul müdafiəsində qarşılaşmaq istədiyi rəqibi açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Dvalişvili bu barədə belə danışıb: "Əgər mən qalib gəlsəm, növbəti rəqibim Yadun olacaq. Biz heç vaxt onunla döyüşməmişik, o təhlükəlidir və hamımız bilirik ki, onda nokaut gücü var. Əgər Yan məni məğlub etsə, o zaman növbəti iddiaçı Şon O'Malli olacaq, çünki onların arasında bir tarix var".
Mərab Dvalişvili və Petr Yan arasında döyüş 24 oktyabrda UFC 333 turnirində baş tutacaq.


