FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendi Paytaxt Bakının simvolik məkanlarında nümayiş etdirilib.

Offsideplus.az xəbər verir ki, turnirin rəsmi emblemi və brend elementləri Qız Qalası, eləcə də Bakı Olimpiya Stadionunda xüsusi vizual effektlər və işıq proyeksiyası ilə təqdim olunub.

Qeyd edək ki, 2027-ci ildə təşkil olunacaq 20 yaşa qədər futbolçular arasındakı dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək.