Baş məşqçi Fərid Namazovla yollarını ayıran “İmişli” sabah Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək.
Bəs bu oyunda komandanı meydana kim çıxaracaq? Baş məşqçi tapılıb?
Suala cavab tapmaq üçün klubun mətbuat katibi Bəhruz Musayev əlaqə saxladıq. Klub rəsmisinin Offsideplus.az-a cavabı belə olub:
“İmişli” PFK-da baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub”.
Qeyd edək ki, Aran təmsilçisi 7 oyundan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.


