İngiltərəli sabiq hücumçu Frayzer Kempbell "Mançester Yunayted" akademiyasından çıxmış futbolçular arasında asılılıq mövzusuna toxunub.
Offsideplus.az xəbər verir ki, o, snus istifadəsi səbəbindən daim yorğunluq hiss etdiyini bildirib. O, "Mançester Yunayted"in sistemində 1997-ci ildən 2009-cu ilə qədər çıxış edib, həmçinin "Tottenhem", "Hall Siti" və "Kristal Pelas" kimi klublarda oynayıb.
"Özümü rahat hiss edirdim, bu, sakitləşməyə kömək edirdi. Oyunlardan sonra bərpa olmaq çətin olurdu. Hər şey matçlardan sonra istifadə ilə başladı, sonra məşqlərdən sonra davam etdi. Beləcə asılılıq yaranır və daha tez-tez istifadə etməyə başlayırsan. Mən açıq şəkildə asılı idim. Karyeramı bitirdikdən sonra daha çox boş vaxtım oldu və snusdan daha tez-tez istifadə edirdim. Futbol oynadığım vaxt səhərlər bir-iki paket istifadə edib bir neçə saat məşqə gedirdim. Oyun günlərində heç vaxt istifadə etmirdim. Bu məni həddindən artıq rahatladırdı, halbuki mən onsuz da sakit insanam. Əgər daha da rahat olsaydım, yüngül qaçışa belə gücüm çatmazdı. Karyeramı bitirdikdən sonra vəziyyət daha da pisləşdi, amma oynayanda mənfi təsirlərini çox hiss etmirdim. İndi artıq altı aydır snusdan istifadə etmirəm. Bu asılılığa son qoymaq qərarına gəldim – daim yorğun olurdum", – deyə Kempbell bildirib.


