Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə "Liv Bona Dea Hospital" arasında sponsoluq müqaviləsi imzalanıb.
Offsideplus.az xəbər verir ki, razılaşmaya əsasən, özəl tibb müəssisəsi Qadınlar Super Liqasının titul sponsoru olacaq.
2026/2027 və 2027/2028-ci illər mövsümlərində çempionat "Liv Bona Dea Qadınlar Super Liqası" adı altında keçiriləcək.
Bu gün start götürən yeni mövsümdə çempionatın adı və formatı ilə yanaşı, iştirakçı komandaların sayı da artırılaraq 12-yə çatdırılıb.
Bu tərəfdaşlıq Azərbaycanda qadın futbolunun inkişafına, çempionatın kütləviləşməsinə, gənc qızların idmana təşviq edilməsinə və kommersiya marağının artırılmasına xidmət edəcək.


