Azərbaycanın qadın futbolçulardan ibarət millisinin 2027/2028 mövsümündə UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma C Liqasının 2-ci qrupunda yer alıb. Komandamız Latviya, Gürcüstan və Lixtenşteynlə mübarizə aparacaq.

Dairəvi sistemlə keçiriləcək qrup oyunlarının 1-ci və 2-ci turları 2027-ci il fevralın 23-dən martın 6-dək, 3-cü və 4-cü turları aprelin 13-dən 24-dək, son iki turu isə iyunun 7-dən 15-dək oynanılacaq.