İspaniyalı məşqçi Pepe Mel insult keçirdikdən sonra reanimasiyaya yerləşdirilib.
Offsideplus.az xəbər verir ki, 63 yaşlı mütəxəssis Sevilyada əməliyyat olunub və həkimlərin nəzarəti altındadır. Pepe Mel "Real Madrid"in yetirməsidir və 1974-1987-ci illərdə klubun sistemində çıxış edib, lakin əsas komandada oynamayıb. O, futbolçu karyerası ərzində "Betis", "Xetafe", "Qranada" və digər klublarda çıxış edib.
"Real Madrid" rəsmi açıqlamasında bunları bildirib: "Bütün "Real Madrid" ailəsi dəyərli Pepemizə dəstəyini və ən səmimi arzularını çatdırır. Ümid edirik ki, bu çətin dövrü tezliklə arxada qoyacaq. Güclü ol!"
Məşqçi kimi Pepe Mel "Alaves", "Rayo Valyekano", "Betis", "Vest Bromviç", "Las Palmas" və digər klublarda çalışıb. O, 2026-cı ildə Mərakeşin "İttihad" klubunun baş məşqçi postunu tərk edib.


