"Barselona" qış transfer pəncərəsində "Arsenal"ın mərkəz müdafiəçisi Piero İnkapiyeni heyətinə qatmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Ekvadorlu futbolçu idman direktoru Dekunun əsas transfer hədəflərindən biri hesab olunur və bu mövqenin gücləndirilməsi üçün siyahının başında yer alır. İnkapiye bu mövsüm Premyer Liqada cəmi 4 oyunda meydana çıxıb və orta hesabla 11 dəqiqə oynayıb. Onun universal oyunçu olması baş məşqçi Hansi Flikin də diqqətini çəkib, çünki həm mərkəzdə, həm də sol cinahda müdafiədə çıxış edə bilir.
Dekunun və Flikin futbolçu barədə müsbət rəylər aldığı, klub rəhbərliyinin artıq oyunçunun nümayəndələri ilə ilkin əlaqə qurduğu bildirilir. Məqsəd İnkapiyenin klubunu dəyişməyə hazır olub-olmadığını öyrənmək və yanvar ayında mümkün transferi müzakirə etməkdir. Hazırda "Arsenal"ın baş məşqçisi Mikel Arteta İnkapiyeni əsas heyətin üzvü kimi görməsə də, yanvarda oyunçularla yolları ayırmağa həvəsli deyil. Bu transfer "Barselona"nın müdafiəni gücləndirmək üçün nəzərdən keçirdiyi variantlardan biridir.
Kataloniya klubu eyni zamanda "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni ilə də maraqlanır və o da rəhbərliyin transfer siyahısında qalır.


