Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üç üzvü Türkiyə Super Liqasında çıxışını davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, Yeliz Açar və Esra Manya “Beşiktaş”la, Peritan Bozdağ isə “Fənərbağça” ilə mövcud sözləşməni yeniləyib.

bu barədə İstanbul klublarının mətbuat xidmətləri rəsmi məlumat yayıb.

Yığmamızın üzvləri ilə bağlanan yeni müqavilələrin müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.