Qadınlar Super Liqasında 2026/2027 mövsümünün I turunun cütlükləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, yeni mövsümdə çempionluq uğrunda 12 komanda mübarizə aparacaq.

I turun qarşılaşmaları:

  • "Dirçəliş" – "Sumqayıt"

  • "İmişli" – "Neftçi"

  • "Ümid" – "Baku Juniors"

  • "Araz-Naxçıvan" – "Goranboy"

  • "Liman" – "Sabah"

  • "Şəfa" – "Qəbələ"

Qeyd edək ki, Qadınlar Super Liqasına oktyabrın 18-də start veriləcək. İki mərhələdən ibarət olacaq çempionatda ilk mərhələnin yekunlarına əsasən komandalar iki qrupa bölünəcək. İlk 6 pilləni tutan kollektivlər A qrupunda çempionluq, 7-12-ci yerləri tutan komandalar isə B qrupunda sıralama uğrunda mübarizəni davam etdirəcəklər.