UFC-nin keçmiş orta çəki çempionu Robert Vittaker Aleks Pereyra ilə yarım ağır çəkidə qarşılaşmağa hazır olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Vittaker bu barədə açıqlamasında Pereyra ilə döyüşməkdən məmnun olacağını deyib: "Pereyra ilə döyüşmək maraqlı olardı. Onu yarım ağır çəkidə salamlayardım, bu, əyləncəli olacaq". Qeyd edək ki, Aleks Pereyra daha əvvəl Sergey Pavloviçə uduzacağı halda yarım ağır çəkiyə qayıdacağını və orada dərhal titul döyüşü alacağını açıqlamışdı.