"Sabah"ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən ikinci qapıçı olub.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı qolkiper 4 turda 22 "seyv"lə yadda qalıb.
"Bayquşlar"ın kapitanı bu göstəricidə yalnız Belçikanın "Brügge" komandasının üzvü Yann Zommerdən (27) geri qalır.
Qeyd edək ki, "Sabah" ötən gün turnirin Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" komandasına 4:1 hesabı ilə uduzub.


