"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Slaviya"ya qarşı keçirilən oyunu dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Arteta səfərdə qazanılan qələbənin əhəmiyyətini vurğulayıb: "Çempionlar Liqasında səfər oyunlarında qələbənin dəyərini hər zaman bilməliyik. Bu, olduqca çətindir. Qarşılaşmada tamamilə fərqli iki hissə izlədik. Birinci hissədə ən azı 3-4 qol vurmalı idik, amma bunu edə bilmədik. İkinci hissənin əvvəlində müdafiə olunmağa məcbur qaldıq, çox səhlənkar oynadıq və tez-tez top itirdik. Əziyyət çəkməli olduq, öyrənməli olduğumuz məqamlar var. Birinci hissədə daha çox qol vurmalı idik, alınmadısa, bunu ikinci hissədə etməliydik. Altı əvəzetmə etdik, amma heyətimizdə yüksək səviyyəli oyunçuların olduğunu yaxşı bilirik. Nə çatmadığını dəqiq deyə bilmərəm, amma yenə də eyni qərarı verərdim. Komandanın indiyədək əldə etdiyi nəticəni yüksək qiymətləndirirəm, artıq 11-ci səfər oyununu keçirmişik".


