Urugvaylı yarımmüdafiəçi Federiko Valverde "Real Madrid"in Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda AEK üzərində qazandığı 3:2 hesablı qələbə barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Valverde oyunun çətin keçdiyini bildirib: "Çətin və mürəkkəb oyun oldu. Düşünürəm ki, meydanda üstünlük bizdə idi. Komandanı göstərdiyi əzmkarlığa görə təbrik edirəm".
O, erkən buraxılan qolun təsirindən danışıb: "Erkən qol bizi bir qədər sarsıtdı. Lakin komanda öz oyununu davam etdirdi və həftə ərzində olduğu kimi əzmlə mübarizə apardı. İdarəçiliyi bərpa etdik və yenidən özümüzü yaxşı hiss etdik. Hücumlarımızı əvvəlki kimi davam etdirdik".
Valverde komandanın geri dönüşünü belə dəyərləndirib: "Baş məşqçi heyətinə və oyunçulara təşəkkür edirəm, çünki bir-birimizə inamı heç vaxt itirmədik. Bu məşqçi heyətinin rəhbərliyi altında oynamaq böyük zövqdür. Səylərimizi bir an da dayandırmadıq".
Qələbə qoluna toxunan Valverde əlavə edib: "Mənə inam bəxş edən komanda yoldaşlarıma minnətdaram".


