NBA-nın əfsanəvi oyunçusu Düeyn Ueyd hesab edir ki, "Çikaqo Bulls" gələcəkdə komandanı Kaleb Uilsonun ətrafında qurmaq potensialına malikdir. Ueyd gənc basketbolçunun xarakterini və rəqabətə olan münasibətini xüsusi vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Ueyd açıqlamasında bunları deyib: "O, inkişaf etməyə və irəliləməyə davam edir, çünki onda əsas ulduzunda görmək istədiyin xarakter var. Meydançadan kənarda yəqin ki, xoş insandır. Amma meydançaya çıxanda, onun daxilində əsl döyüşçü oyanır. Liderindən məhz bunu gözləyirsən. Ona baxanda düşünürsən: 'Yaxşı, biz bu oğlanın ətrafında komanda qura bilərik'."

Ueyd həmçinin Kaleb Uilsonu Şöhrət Zalının üzvü Kevin Qarnetlə müqayisə edib və onların meydançadakı temperament və davranış baxımından oxşarlıqlarını qeyd edib: "Onda Key Ci-dən nəsə var, eyni aura hiss olunur. Hələ bu cür paralellər aparmaq tezdir. Hazırda məni ən çox cəlb edən odur ki, oyunundakı bütün elementlər hələ tam işləməsə də, o, üçlük atışlarını bacarır və bu cür məqamları inkişaf etdirmək üçün zamana ehtiyac var. Bununla yanaşı, onun fəallığı və müdafiədə ribaund uğrunda mübarizəsi məni sevindirir."