Aleks Karuzo zədə səbəbindən buraxdığı üç oyundan sonra "Oklahoma Siti Thunder"in heyətinə qayıdır. Müdafiəçi son üç qarşılaşmada iştirak etməyib və bu oyunlardan ikisində komanda məğlub olub. Son matçda "Thunder" səfərdə "Klivlend Kavalers" üzərində qələbə qazanıb, indi isə cavab görüşü öz meydanlarında baş tutacaq.

Offsideplus.az xəbər verir ki, Karuzo cari mövsümdə orta hesabla 18,9 dəqiqəyə 9,3 xal, 4,8 ribaund, 3,8 assist və 1 top oğurlama ilə yadda qalıb. Komandanın digər oyunçuları Tomas Sorber (sağ diz) və Nikola Topiç (bel) zədə səbəbindən hələ də sıradan kənardadır. Ceylin Uilyamsın (belində spazm) isə meydana çıxıb-çıxmayacağı sual altındadır.