AFFA-da yeni təyinat reallaşıb.

Offsideplus.az xəbər verir ki, Əli Verdiyev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə direktor təyin edilib. Verdiyev bu barədə şəxsi sosial şəbəkə hesablarında məlumat yayıb.

O, yeni vəzifəyə qədər həm özəl sektorda, həm də beynəlxalq təşkilatlarda müxtəlif rəhbər postlarda çalışıb. Karyerası ərzində “Philip Morris International”, “NEQSOL Holding” və “Japan Tobacco International” şirkətlərində reputasiya və böhranların idarə olunması sahəsinə cavabdeh olub.

Əli Verdiyev 1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis dili və tərcüməşünaslıq üzrə bakalavr, 2009-2012-ci illərdə isə Xəzər Universitetində beynəlxalq biznes üzrə magistr təhsili alıb.