“Sabah” bütün gücünü ÇL-ə qoyub” - Vəli Qasımov

Bu gün təmsilçimiz “Sabah” Çempionlar Liqasında 4-cü turda “Vikinq”in qonağı olacaq. 

Norveç təmsilçisi ilə oyun haqqında Vəli Qasımov fikirlərini Offsideplus.az-la bölüşüb:

“İnanırıq ki, “Sabah” sərfəli nəticə ilə dönəcək. Düzdür, səfərdə oynamaq çətindir. Son oyunda “Turan Tovuz”a qarşı oynadılar. Düşünürəm ki, komanda bütün gücünü Çempionlar Liqasına qoyub, ora fokuslanıblar. İnşallah ki, “Sabah” yaxşı oynayıb, ən azı bir xal qazanacaq”.

Qeyd edək ki, qarşılaşma bu axşam 23:55-də start götürəcək.