Futzal üzrə DÇ-2028-in əsas mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Çexiya qarşılaşmasının hakimləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, XII qrupda yer alan komandaların duelini İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Kiara Perona olacaq.

Ona Martina Pikkolo və Simone Zanfino köməklik göstərəcəklər. Matçın vaxtölçəni ("Timekeeper") İmran Məhərrəmov, hakim-inspektoru niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Medvedev olacaq.

Qeyd edək ki, Azərbaycan – Çexiya oyunu noyabrın 5-də, saat 16:00-da Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.