Rusiyalı şərhçi Dmitri Guberniyev Aleksey Batrakovun yaxın vaxtlarda daha nüfuzlu kluba keçə biləcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, çərşənbə axşamı "Qalatasaray"ın yarımmüdafiəçisi Batrakov Çempionlar Liqasında "Ştutqart"a qarşı oyunda iki qol vurub və komandasına 2:0 hesablı qələbə qazandırıb. Guberniyev bu barədə belə yazıb: "Hiss edirəm, Batrakovun Türkiyədə çox qalacağına inanmıram! Onu Avropaya 50 milyon avroya aparacaqlar".