Barselona Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda Aston Villa üzərində 3:0 hesablı qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi bu nəticə ilə 2025-ci il aprelin 9-dan bəri ilk dəfə turnirdə qapısını toxunulmaz saxlayıb. Həmin vaxt Barselona Dortmundun Borussiya klubunu 1/4 finalda 4:0 hesabı ilə məğlub etmişdi. Bununla da komanda ardıcıl 18 oyunda qol buraxdığı ən uğursuz seriyasına son qoyub.


