Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Mançester Yunayted" öz meydanında "Roma"nı qəbul edir.

Offsideplus.az xəbər verir ki, qarşılaşmada hesabı 11-ci dəqiqədə Matis Soule açıb. 17-ci dəqiqədə Doniyell Malen penalti zərbəsini dəqiq yerinə yetirib. 58-ci dəqiqədə isə Bruno Fernandes ikinci cəhddə 11 metrlik zərbədən fərqlənib. Oyun "Old Trafford" stadionunda keçirilir.