"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş baş məşqçi Maykl Kerrikin onu ehtiyatda saxlaması qərarını başa düşdüyünü deyib.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının əvvəlki turunda "Komо"ya 1:4 hesabı ilə uduzduqdan sonra Fernandeş komandanın taktikasını tənqid etmişdi. Növbəti turda "Bornmut"a qarşı keçirilən oyunda (0:3) isə baş məşqçi portuqaliyalı yarımmüdafiəçini ehtiyatda saxlayıb.
Fernandeş bildirib: "Məşqçi məni ehtiyatda saxladı, çünki kifayət qədər yaxşı deyildim. Bu, ədalətlidir. Hamı düşündü ki, bu, "Komо" ilə oyundan sonra dediklərimə görə cəza idi. Əgər belədirsə, bu da doğrudur. Qərarları məşqçi verir. Mən bununla barışmalı və irəli getməliyəm. Bu, nə məşqçiyə, nə də klubdakı heç kimə inamımı dəyişmir. Hər oyunda qalib gəlmək məqsədim isə dəyişməz olaraq qalır".
Fernandeş bu fikirləri "Roma" üzərində 3:2 hesablı qələbədən sonra səsləndirib.


