Aston Villa-nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 4-cü turunda "Barselona"ya 0:3 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Emeri bu görüşün komandanın inkişafı üçün önəmli olduğunu bildirib: "Yaxşı oyun göstərsək də, nəticə əldə edə bilmədik. Komandanı yenidən qururuq və bu qarşılaşma inkişafımızın bir hissəsi olmalıdır. Rəqibə qarşı necə daha yaxşı oynamaq lazım olduğunu öyrənməliyik. Favoritlərə yaxınlaşmalı və "Barselona" kimi komandalarla bərabər səviyyədə mübarizə aparmağa çalışmalıyıq. Açıq imkanlarımız oldu, amma istifadə edə bilmədik. Bu gün "Barselona" müdafiədən çıxarkən buraxdığımız səhvlərdən yararlandı. Amma bu, bizim oyun fəlsəfəmizdir – rəqibi öz meydanımıza çəkmək. Əsas problem onların mərkəz müdafiəçiləri ilə mübarizədə çətinlik çəkməyimiz oldu. Belə vəziyyətlərdə daha çox nəticə əldə etməyi bacarmalıyıq. Bu oyun bizə çoxlu məlumat verəcək və turnirin səviyyəsinə uyğunlaşmağımıza kömək edəcək. Birinci qoldan sonra hesabı bərabərləşdirmək üçün imkanlarımız vardı. Əgər hesabı bərabərləşdirsəydik, oyun yenidən başlayardı. 0:2 olanda da nikbinliyimi qoruyurdum. Üçüncü qoldan sonra isə şanslarımız demək olar ki, qalmadı. Belə oyunlar inkişafımızın bir hissəsidir. Çempionlar Liqasında çıxışa xüsusi önəm veririk və bu turnirdə yerimizi möhkəmləndirmək istəyirik. Oyunun bəzi hissələrində layiqli səviyyə nümayiş etdirdik, baxmayaraq ki, favoritlərdən biri ilə qarşılaşırdıq".


