Noyabrın 8-nə keçən gecə Las Veqasda UFC Fight Night 293 turniri keçiriləcək. Gecənin əsas qarşılaşmasında ağır çəki döyüşçüləri Valdo Kortes-Akosta (20-4) və Conni Uoker (22-10) üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, turnirin əsas kartında Tatyana Suares (14-1) Virna Yandiroba (23-4) ilə, Deyvi Qrant (19-8) Elayca Smit (14-1) ilə, Billi Elekana (11-2-1) Lukas Fernando (15-3) ilə, Xose Delano (17-3) isə Murtazəli Məmmədov (11-0) ilə qarşılaşacaq. Turnirin başlanğıcı Bakı vaxtı ilə saat 01:00-da, əsas kart isə 04:00-da start götürəcək.


