UEFA Çempionlar Liqasında "Ştutqart"ı məğlub edərək uğurlu çıxışını davam etdirən "Qalatasaray" qış transfer pəncərəsi üçün hədəfini müəyyənləşdirib. 

Offsideplus.az xəbər verir ki, orta xəttə "net" transfer etmək istəyən sarı-qırmızılılar sabiq "Trabzonspor"lu Krist Oulai ilə yaxından maraqlanırlar.

Klubun prezidenti Dursun Özbekin çox istədiyi 20 yaşlı Fil dişi Sahilindən olan yarımmüdafiəçi üçün İstanbul təmsilçisi "Fiorentina"nın qapısını döyməyə hazırlaşır. İtaliya mediasının məlumatına görə, "cim-bom" gənc futbolçu üçün A Seriyası təmsilçisinə 22 milyon avro təklif etməyi planlaşdırır.

İtaliyada özünü tam göstərə bilməyən və ayrılmaq istəyən futbolçunun da "Qalatasaray"ın təklifinə müsbət yanaşdığı və klub rəhbərliyindən transfer üçün kömək istəyəcəyi bildirilir.